13 yaşlı uşaq dostuna atəş açdı

13 yaşlı uşaq dostuna atəş açdı Türkiyədə 13 yaşlı uşaq atasının icazəsiz götürdüyü tüfəngi ilə quş ovlamaq istəyərkən dostunu yaralayıb. 
 
Tehsil-press.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Muğla şəhərində baş verib. Məlumata görə, dost olan 13 və 16 yaşlı uşaqlar atalarının tüfəngini icazəsiz götürərərək ova çıxıblar. Quş ovlayacaqları əraziyə gələn dostlar bir-birindən ayrılıb quşlara atəş etmək istəyiblər. 13 yaşlı B.Ç qəza ilə 16 yaşlı F.D-ni ayağından yaralayıb. Dərhal xəstəxanaya çatdırılan F.D-nin tibbi mudaxilədən sonra vəziyyətinin normal olduğu bildirilib. 13 yaşlı B.Ç isə saxlanılıb. Hdisə ilə bağlı araşdırma aparılır. 


Tehsil-press.az

Oxşar xəbərlər