Respublika Uşaq Yaradıcılıq Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “İşgüzar qızlar” adlı yarışma keçirilib.
Yarışmada “Gənc dizayner” dərnəyinin üzvləri iştirak edib. Altı tapşırıqdan ibarət olan bu yarışmada iştirakçı gənc qızlar iki komandaya bölünüb.
İştirakçılar düymə tikib, gül toxuyub, şeir söyləyib, şəkərburaya naxış vurub, xonça bəzəyiblər. Dərnək üzvlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Sonda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, diplomlarla təltif olunublar.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti
Onlayn xəbər abunə xidməti