Oqtay Mirqasım SSRİ Xalq artistinin yubileyində

Oqtay Mirqasım SSRİ Xalq artistinin yubileyində Moskvada SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, görkəmli Türkmənistan kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tehsil-press.az xəbər verir ki, yubiley gecəsinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi xalq artisti Oqtay Mirqasım da dəvət edilib. Oqtay Mirqasım Xocaqulu Narlıyevi 80 illik yubileyi münasibəti ilə təbrik edib və yubilyara Azərbaycan Kinematoqrafçılar İttifaqı adından Qarabağ xalçası hədiyyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər