Avropa ölkələrinin Türkiyəyə qarşı son addımları rəsmi Ankaranın gücünü nümayiş etdirir.
Keçmiş nazir Ankaranın öz gücü ilə Avropanı qıcıqlandırdığını vurğulayıb.
O qeyd edib ki, Türkiyə Qərbin planlarına əsasən hərəkət etmək niyyətində deyi. "Türkiyə öz siyasətini Avropanın qərarlarına görə dəyişməyəcək və öz maraqlarını müdafiə edəcək. Prezident idarə formasının tətbiq olunmasından sonra Türkiyənin gücü daha aşkar olacaq və məhz buna görə Avropa ölkələri referendumun təbliğatının qarşısını almağa çalışır."
Onun sözlərinə görə, Türkiyə 2002-ci ildən bəri sürətlə inkişaf edir, xarici borclarını ödəyir, iri layihələr həyata keçirir. Bütün bunlar isə ölkəni gözü götürməyənləri narahat edir.
E.Bağış vurğulayıb ki, Türkiyə ilə Avropanın münasibətləri hər zaman qeyri-sabit olub. "Bəzi Avropa ölkələri Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçular üçün sığınacaq olub. Cinayətkarları ekstradisiya etmək əvəzinə onlara vətəndaşlıq verilib və bu addımlarını "demokratiyanın müdafiəsi" adlandırıblar. Bununla yanaşı, onlar vətəndaşlar tərəfindən demokratik şəkildə seçilmiş millət vəkillərinin çıxışlarına icazə vermirlər".
Keçmiş nazir qeyd edib ki, Türkiyə Avropa ölkələrinin bütün xoşagəlməz addımları ilə əlaqədar müvafiq tədbirlər görəcək.
Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması qərarı bu ittifaqın dağılması ilə bağlı narahatlıq yaradıb. "Aİ-nin dağılma riskinin mövcud olmasına baxmayaraq, Türkiyə üzvlüklə bağlı üzərinə qoyulan bütün öhdəlikləri yerinə yetirməyə davam edəcək. Amma Ankara üçün prioritet Aİ-yə üzvlük yox, özünün hərtərəfli inkişafıdır".
Təhsil-press.az