Filippində mağazaya qumbara atılıb, azı 4 nəfər ölüb

Filippində mağazaya qumbara atılıb, azı 4 nəfər ölüb Filippinin cənubunda silahlı şəxs mağazaya qumbara atıb, nəticədə azı 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Təhsil-press.az bildirir ki, hadisə ölkənin cənubundakı Sulu əyalətində hava limanının yaxınlığında yerləşən kənddə baş verib. Hücum edən şəxs zərərsizləşdirilib. İnsidentin dəqiq səbəbi hələlik məlum deyil. Hadisənin terror aktı olub-olmadığı araşdırılır.

Təhsil-press.az

Oxşar xəbərlər