Mosula koalisiya qüvvələrinin aviazərbələri nəticəsində ölü sayı 112-yə çatıb

Mosula koalisiya qüvvələrinin aviazərbələri nəticəsində ölü sayı 112-yə çatıb Mosulda İŞİD əleyhinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviazərbələri zamanı ölənlərdən 112 nəfərin meyiti tapılıb.

Təhsil-press.az-ın verdiyi məlumata görə, İraqın səhiyyə naziri Əhməd Dubardani bildirib ki, 3 gün ərzində tapılan meyitlər torpağa tapşırılıb.
Qeyd edək ki, Mosula aviazərbələr ötən həftə endirilib. Yerli mətbuatın məlumatına görə, ölü sayı 200-dən az deyil. Koalisiya qüvvələri isə dinc sakinlərin öldüyü barədə xəbəri təsdiqləməyib.

Təhsil-press.az

Oxşar xəbərlər