Trampın kürəkəni senata hesabat verəcək

Trampın kürəkəni senata hesabat verəcək ABŞ Prezidenti Donald Trampın kürəkəni və əsas məsləhətçisi Cared Kuşner senatın kəşfiyyat üzrə xüsusi komitəsi qarşısına çıxacaq.

Təhsil-press.az-ın məlumatına görə, o, Rusiyanın ABŞ-da keçirilən seçki kampaniyasına təsiri barədə suallara cavab verəcək. Komitə üzvləri qeyd ediblər ki, Kuşner bu görüşə könüllü olaraq razılıq verib. Dinləmələrin tarixi hələ məlum deyil.
Qeyd edək ki, Cared Kuşnerin, seçki kampaniyası ərəfəsində rusiyalı dimpolatlar, eləcə də sanksiyaya məruz qalan “Vneşekonombank”-ın təmsilçiləri ilə görüşdüyü barədə məlumatlar yayılıb.

Təhsil-press.az

Oxşar xəbərlər