ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağa dair bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağa dair bəyanat yayıblar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri – rusiyalı nazir Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və fransalı nazir Jan-Mark Eyro Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.

Tehsil-press.az-ın məlumatına görə, XİN rəhbərləri bəyanatda münaqişənin danışıqlar yolu ilə həllinə tam sadiq qaldıqlarını bildirirlər.
XİN rəhbərləri Azərbaycan və Ermənistan liderlərinin görüşün keçirilməsində yardım etməyə hazır olduqlarını bildiriblər.
“Biz aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, həmçinin güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı ifadə edir, güc tətbiqini və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik”, - deyə nazirlər bildirirlər.
Bəyanatda vurğulanır ki, həmsədrlərin dəstəyi ilə baş tutan birbaşa dialoq etibarın formalaşdırılmasında və sülh prosesinin davam etdirilməsində ən vacib elementdir.

Tehsil-press.az

Oxşar xəbərlər