Uzun illərdir ki, Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri təbabətin müxtəlif sahələrinə dair dərin elmi araşdırmalarla məşğul olurlar. ATU-nun patoloji anatomiya kafedrası tərəfindən aparılacaq növbəti elmi araşdırma da bunun sübutudur.
Kafedranın əməkdaşları tərəfindən irəli sürülən “Azərbaycan Tibb Universitetində aparılan elmi-tədqiqat işləri zamanı patoloji dəyişikliklərin molekulyar-genetik dəyərləndirilməsinin təmini” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun keçirdiyi müsabiqənin qalibi olub.
Qrant layihəsinin rəhbəri, ATU-nun patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənovun sözlərinə görə, əsas məqsəd universitetin laboratoriyalarında, kafedra və klinikalarında aparılan elmi-tədqiqat işləri zamanı hüceyrə, toxuma və orqanlarda rast gəlinən patoloji dəyişikliklərin molekulyar-genetik səviyyədə öyrənilməsi və dəyərləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində kafedranın nəzdində olan patohistoloji laboratoriya üçün 8 adda avadanlıq və aparat, 43 adda reagent–histokimyəvi və immun-histokimyəvi reaktivlər dəstinin alınması planlaşdırılır.
Ə.Həsənov bildirib ki, layihənin icrası sayəsində kompleks şəkildə istifadə olunacaq müasir morfoloji müayinə üsullarının köməyi ilə elmi tədqiqatlar zamanı hüceyrə, toxuma və orqanlarda müxtəlif səviyyələrdə baş verən dəyişikliklərin morfoloji xüsusiyyətlərinin öyrənilməsi nəzərdə tutulur. Həmçinin böyrək və qaraciyər transplantasiyaları zamanı reperfuzion sindromun patogenetik və morfogenetik əsasları yeni müstəvilərdə və müasir tələblər səviyyəsində tədqiq olunacaq. Bu üsulların tətbiqi zamanı əldə olunan nəticələr universitetin müvafiq kafedralarında aparılan tədris prosesində istifadə ediləcək.
Qeyd edək ki, layihədə patoloji anatomiya kafedrasının assistenti Camal Musayev, kafedranın baş müəllimi Müşfiq Orucov, baş laborantlar Arzu İbişova və Anar İsayev iştirak ediblər.

ATU-nun Mətbuat Xidməti