Daşkənddə NATO-nun bürosu bağlandı

Daşkənddə NATO-nun bürosu bağlandı NATO-nun Daşkənddə yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq bürosu aprelin 1-dən bağlanıb.

Təhsil-press.az-ın məlumatına görə, bu barədə büronun əməkdaşı RİA Novosti-yə bildirib.
Büronun bağlanmasına səbəb kimi alyansın bu regionda təmaslar üzrə strukturunda dəyişikliklər göstərilir.
Alyansın Daşkənddəki ofisinin bağlanması haqqında qərar 2016-cı ilin payızında qəbul olunub. Ötən ilin noyabrında NATO-nun Mərkəzi Asiyadakı bürosunun rəhbəri Rozariya Pulizi bildirmişdi ki, ofisin bağlanması büdcəyə daxili baxılma ilə bağlıdır və siyasi xarakter daşımır.

Təhsil-press.az

Oxşar xəbərlər