Azərbaycan Milli Elmlər Akademiyasında “Məktəbdənkənar təhsil müəssisələrində idarəetmə və işin təşkili” mövzusunda seminar-təlim keçirilib.
Tədbir çərçivəsində metodik vəsaitlərdən ibarət sərgi təşkil olunub.
Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, seminarda bu qurumun tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistləri, ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə məsul şəxsləri və uşaq birliklərinin rəhbərləri iştirak ediblər.
Eyni zamanda, tədbirə Belarus Respublikası Təhsil Nazirliyinin Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzinin nümayəndələri Nadejda Vasilçenko və Larisa İsaçkina qatılıblar.
Seminarda bildirilib ki, Uşaq Yaradıcılıq Mərkəzi ilə Belarusun Uşaq və Gənclərin Milli Bədii Yaradıcılıq Mərkəzi arasında dostluq münasibətləri yaranıb.
Nazirliyin sektor müdiri Ayla Həsənova belaruslu qonaqlara məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti barədə məlumat verib.
N.Vasilçenko “Milli Bədii Yaradıcılıq Mərkəzi - uşaq və gənclərin məktəbdənkənar fəaliyyətinin innovativ inkişaf mərkəzidir”, L.İsaçkina “Məktəbdənkənar müəssisələrdə uşaq və gənclərin metodik vəsaitlə təmini” mövzularında çıxış ediblər.
Təlimdən sonra Təhsil Nazirliyində iki mərkəz arasında əməkdaşlıq barədə saziş imzalanıb.
Seminar çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzində, Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Belarus Mərkəzində olacaqlar.
Seminar noyabrın 16-da başa çatacaq.
Tehsil-press.az