Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun bu ölkənin Federal Milli Şurasının sədri xanım Amal əl Qubaisi ilə görüşündə ölkələrimiz arasında münasibətlərin inkişafına dair ətraflı müzakirələr aparılıb.
Səfir Azərbaycanda ilk parlamentin yaradılması, ilk qadın deputatın seçilməsi, parlamentimizin bu günədək keçdiyi inkişaf yolu, ölkənin inkişafında qadınların rolu, icraedici orqanlarda və parlamentdə yüksək vəzifə tutan xanımlar barədə məlumat verib. O, ölkənin inkişafında qadınların rolundan danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri barədə danışıb. Səfir Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın bir çox ölkələrdə humanitar və mədəni tədbirlər həyata keçirdiyini, bu xidmətlərinə görə bir sıra ölkələrin yüksək dövlət orden və medalları ilə təltif edildiyini diqqətə çatdırıb.
İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, parlamentlərarası təmasların o qədər də intensiv olmadığını deyən səfir Azərbaycan tərəfinin bu münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu, Milli Məclisdə BƏƏ ilə əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərdiyini, Federal Milli Şurada da belə bir qrupun yaradılmasının arzu edildiyini bildirib.
Daşqın Şikarov Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf, həyata keçirilən nəhəng enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışaraq bu layihələrin, həmçinin ölkəmizdə təşkil olunan müxtəlif iqtisadi, humanitar, idman və mədəniyyət tədbirlərinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına töhfə verdiyini söyləyib. Bu kontekstdə gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini, BƏƏ rəsmilərinin bu Oyunların açılışında iştirakının arzu olunduğunu qeyd edib. O, Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Amal əl Qubaisiyə ünvanlanmış dəvət məktubunun surətini təqdim edib. Azərbaycanın turistik imkanları, görməli yerləri barədə məlumat verən diplomat 2016-cı ildə BƏƏ-dən Azərbaycana gedən turistlərin sayının 30 dəfə artdığını, bu il daha böyük rəqəm gözlənildiyini vurğulayıb.
Söhbət zamanı səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə də məlumat verib.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın vəziyyəti barədə danışan səfir cari il aprelin 19-20-də Əbu-Dabidə İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 6-cı iclasının keçiriləcəyini, iclasda Azərbaycanın böyük nümayəndə heyətinin iştirak edəcəyini bildirib. O, səfər çərçivəsində BƏƏ-nin sərmayədarları və böyük şirkətləri ilə görüşün keçirilməsinin arzu olunduğunu diqqətə çatdırıb.
Amal əl Qubaisi BƏƏ tərəfinin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. O, rəhbərlik etdiyi Federal Milli Şurada Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə dostluq qrupunun yaradılması məsələsinə baxılacağını, parlamentlərarası əlaqələrin hüquqi əsasının yaradılmasının arzu olunduğunu deyib. Xanım əl Qubaisi bu məqsədlə iki ölkənin parlamentləri arasında əməkdaşlıq üzrə anlaşma memorandumu layihəsinin göndəriləcəyini də əlavə edib.
IV İslam Həmrəyliyi Oyunlarında iştiraka dəvətə görə minnətdarlığını bildirən xanım əl Qubaisi Azərbaycan haqqında, ölkəsindən Azərbaycana turistlərin marağının artması barədə eşitdiyini bildirib, hələ Azərbaycanda olmadığını təəssüflə qeyd edib. O, BƏƏ-dən olan turistləri Azərbaycanın təbiəti, görməli yerləri və mətbəxi ilə yanaşı, azərbaycanlıların qonaqpərvərliyinin də cəlb etdiyini bildirib. Federal Milli Şuranın sədri ilk fürsətdə Azərbaycana səfər imkanının müsbət dəyərləndiriləcəyini vurğulayıb.
Təhsil-press.az