Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev universitetin professor-müəllim heyəti ilə iki görüş keçirib. ADU-nun bütün fakültə və kafedralarının professor-müəllim heyətinin iştirak etdiyi görüşdə universitetdə aparılan struktur islahatları, tədris prosesi, beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İştirakçılara müəllimlərin qiymətləndirilməsi ilə bağlı keçirilən anonim sorğunun statistik nəticələri haqqında da məlumat verilib. Görüşdə, həmçinin yekun buraxılış dövlət attestasiyasına hazırlıq məsələləri müzakirə olunub.
Görüş professor-müəllim heyətini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Görüş professor-müəllim heyətini maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
ADU-nun Mətbuat Xidməti