ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü

ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü Oktyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) universitet rəhbərliyinin professor-müəllim heyəti ilə görüşü keçirildi.
Görüşdə çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev təhsilin önəmindən danışaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) XXI əsri “Təhsil əsri” elan etdiyini bildirdi. Təhsil sahəsində aparılan islahatlardan söz açan professor Əfqan Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışdı. O, universitetdə ən müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmasının vacibliyini vurğuladı.
Əfqan Abdullayev struktur bölmələrdə, ilk növbədə Tədris işləri üzrə prorektorluğun strukturunda təklif olunan dəyişikliklər, dekanlıqlarda tədrisin təşkili və sənədləşmənin vəziyyəti, fakültələrdə davamiyyətin vəziyyəti və s. məsələlər barəsində də iştirakçılara ətraflı məlumat verdi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev nizam-intizamın gücləndirilməsi ilə bağlı işlərin zəruri olduğunu vurğuladı.
Daha sonra Kurrikulumun inkişafı və təhsil siyasəti Departamentinin müdiri Şəfəq Şahməmmədova 2016-2017-ci tədris ili üçün dərs yükünün bölgüsü vəziyyəti, bölgü zamanı kafedralarda yol verilən nöqsanlar barəsində danışdı.
Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması və təkliflərin səsləndirilməsi ilə başa çatdı.

ADU-nun Mətbuat Xidməti


ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü

ADU-nun rəhbərliyi universitetin professor-müəllim heyəti ilə görüşdü

Oxşar xəbərlər