ADU-da “Azərbaycanda ipəkçilik və İpək Yolu” mövzusunda seminar keçirildi

ADU-da “Azərbaycanda ipəkçilik və İpək Yolu” mövzusunda seminar keçirildi Oktyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş “Azərbaycanda ipəkçilik və İpək Yolu” mövzusunda elmi seminar keçirildi.
Kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivləri barədə danışan ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan ipəyinin Çin mənşəli olduğunu söylədi. O, Ümummilli lideri Heydər Əliyevin Şəki ipək kombinatına ziyarət etməsini ipəkçiliyin inkişafına dövlət dəstəyinin göstəricisi olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən müdiri xanım Li Jihua Çin ipək mədəniyyəti və həmin ölkənin ənənəvi ipəkçiliklə tanınan ən qədim rayonu - Zhejiang vilayəti haqqında məlumat verdi. O, həmçinin müxtəlif toxunuşlu Çin ipək parçalarının məşhur növləri və onlara necə qulluq olunmasının xüsusiyyətləri barəsində master-klass keçdi.
Seminarda ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Azərbaycanın Şəki, Şamaxı, Bərdə və Qarabağ kimi tarixi ipək mərkəzləri haqqında məlumat verdilər, o cümlədən ölkəmizin ərazisindən keçən və ipək ticarətində mühüm rol oynayan karvan yollarının əhəmiyyətini diqqətə çatdırdılar. Onlar, həmçinin ənənəvi qadın baş örtüyü-kəlağayının hazırlanması sənəti və geyim qaydası barədə danışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun da iştirak etdiyi seminarın sonunda Konfutsi İnstitutunun əməkdaşları tərəfindən gərgin iş şərtlərində çalışan Çin ipəkçilik işçilərinə həsr olunmuş Çin dilində şeirlər və mahnılar səsləndirildi.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Azərbaycanda ipəkçilik və İpək Yolu” mövzusunda seminar keçirildiADU-da “Azərbaycanda ipəkçilik və İpək Yolu” mövzusunda seminar keçirildi

Oxşar xəbərlər