Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin keçirilməsinin ən böyük əhəmiyyəti və məntiqi nəticəsi ondan ibarətdir ki, artıq regionlarda təkcə kənd təsərrüfatının deyil, sənayenin də inkişafı qarşıda duran prioritet istiqamətlərdəndir.
A.Hüseynov bildirib ki, Prezident müşavirədə qeyri-neft sektorunun inkişafı üzrə bütün istiqamətləri müəyyənləşdirdi və tövsiyələrini verdi:
"Bu ilin birinci rübünün yekunları da onu deməyə əsas verir ki, artıq qeyri-neft sektorunda mühüm addımlar atılır. Həm kənd təsərrüfatı, həm də sənaye sektorunda görülən işlər və əldə olunan nəticələr çox sevindiricidir".
Deputat qeyd edib ki, bu gün Azərbaycanın kənd təsərrüfatı, sənaye və digər məhsullarının dünya bazarına çıxarılması üçün həm siyasi dəstək var, həm qanunvericilik bazası formalaşıb, həm də maliyyə-bank sektorunun sağlamlaşdırılması, gömrük rüsumlarının yumşaldılması istiqamətində işlər həyata keçirilir: "Yəni Azərbaycan məhsullarının ixracı üçün bütün lazımi amillər mövcuddur. Bütün bunların hamısı sahibkarlığın inkişafına təkan verir, rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün əlverişli şərait yaradır".
A.Hüseynov deyib ki, görülən işlərlə yanaşı, Azərbaycan bu gün dünyada ən çox tələbat olan informasiya və kommunikasiya, innovativ texnologiyaların inkişafına da xüsusi diqqət yetirir: "Məlum olduğu kimi, Azərbaycan özünün peyki vasitəsilə də xarici bazarlara çıxır və bu yolla da gəlir əldə edir".
Deputat xatırladıb ki, Prezident müşavirədə Azərbaycanda böyük dəmir-filiz yataqlarının olmasını da qeyd edib: "Bizim üçün çox önəmli olan bu sahənin də inkişaf etdirilməsi artıq öz həllini tapır. Aparılan islahatlar və əldə olunan nəticələr onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanın milli iqtisadiyyatında ixracın xüsusi çəkisi və valyuta ehtiyatlarımız daha da artacaq".
Təhsil-press.az