Rusiyanın Kalininqrad vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "İslam cihadı - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvünü saxlayıblar.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Özbəkistanda ekstremist yönümlü cinayətlərə görə axtarışda olan qruplaşmanın yerli özəyinin başçısı da saxlanılanlar arasındadır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Kalininqrad vilayətinin sakinlərini, o cümlədən Orta Asiyadan olan insanları terror qruplaşmasına cəlb edirdi.
Yaxın zamanda saxlanılanları gəldikləri ölkəyə göndərmək planlaşdırılır. Orada onları terrorçuluğa görə mühakimə edəcəklər.
Təhsil-press.az