İŞİD liderinin köməkçisi Mosulda əsir götürüldü

İŞİD liderinin köməkçisi Mosulda əsir götürüldü İŞİD terror qruplaşmasının rəhbəri Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri Mosul şəhərində yaxalanıb.

Tehsil-press.az xəbər verir ki, bu barədə "Əl Sumaria" telekanalı məlumat yayıb.
Məlumata görə, Əbu Haris əl-Matyuti adlı terrorçu Dəclə çayının sol sahilində yerləşən Bəkr məhəlləsində anti-terror bölmələrinin döyüşçüləri tərəfindən əsir götürülüb.
Onunla yanaşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan daha 14 ekstremist yaxalanıb. Onların izinə düşməkdə, radikalların yerini nişan verməklə, yerli sakinlər köməklik göstəriblər.

Tehsil-press.az

Oxşar xəbərlər