Neftimiz yenə bahalaşıb

Neftimiz yenə bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 54,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 53,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 26-da 49,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 26-da 51,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər