Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin bu ali təhsil ocaqları arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində daha bir tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sənədləri bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov və İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma imzalayıblar.
Əməkdaşlıq haqqında müqaviləyə əsasən, növbəti tədris semestrindən etibarən bu ali təhsil ocağının müxtəlif ixtisas üzrə fənn müəllimləri İğdır Universitetində mütəmadi mühazirə-seminarlar aparacaqlar. Tərəfdaşlıq müqaviləsinin şərtlərinə görə, növbəti tədris semestrindən universitetlərarası tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirdə ATMU-da tədrisin təşkili prosesi barədə məlumat verən E.Aslanov universitetin bir sıra beynəlxalq qurumlarla, o cümlədən Türkiyənin nüfuzlu ali təhsil ocaqları ilə mövcud əlaqələrin səmərəli olduğunu xüsusi vurğulayıb.

ATMU-nun Mətbuat Xidməti