Azərbaycan Texniki Universitetində Mövlanə Mübadilə Proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində Mövlanə Mübadilə Proqramının təqdimatı keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Mövlanə Mübadilə Proqramının təqdimatı keçirilib.
Tədbirdə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov proqram haqqında ətraflı məlumat verib və tələbələri bu layihədə fəal iştirak etməyə çağırıb. Vurğulanıb ki, layihə çərçivəsində AzTU Türkiyənin bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Belə ki, hazırda AzTU-nun tələbələri bu ölkənin müxtəlif ali təhsil ocaqlarında təhsillərini davam etdirirlər.
Sonra proqram çərçivəsində AzTU-da və Türkiyədə təhsil alan gənclər tədbir iştirakçıları ilə təəssüratlarını bölüşüb və təhsil aldıqları ali məktəblərin fərqli tədris metodikasından, onlara yaradılan şəraitdən danışıblar.
Qeyd edək ki, Mövlanə Mübadilə Proqramı Türkiyənin ali təhsil qurumları ilə digər dünya ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirir. Bu layihəyə Azərbaycan universitetləri arasında ilk dəfə 2014-cü ildə AzTU qoşulub.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər