Sünnətdə ölən 5 yaşlı Kənanla bağlı təfərrüat - Bu gün ad günüdür...

Sünnətdə ölən 5 yaşlı Kənanla bağlı təfərrüat - Bu gün ad günüdür... Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Azyaşlı ailənin tək uşağı olub. Yaşasaydı, bu gün Kənan ad gününü qeyd edəcəkmiş. Onun atası Abutalıb Hüseynov iki il bundan əvvəl dünyasını dəyişib. Ailə hazırda yas içindədir. Yaxınlarının bildirdiyinə görə, uşaq deyildiyi kimi, əməliyyatdan əvvəl yox, məhz əməliyyat zamanı rəhmətə gedib.
Kənanın sünnətini edən həkim Ramiz Sadıqov Masallının Ərkivan kəndində yaşayır. 1 il bundan əvvəl rayonun Kalinovka tibb məntəqəsində işləsə də, sonradan işdən çıxıb.
Ramiz Sadıqovun özü ilə də əlaqə saxlanılıb. Həkim də hadisənin əməliyyat zamanı baş verdiyini təsdiqləyib: “Mən indi danışa bilmərəm. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Hələ ki, polis tərəfindən də dindirilməmişəm. Ekspertizanın rəyi açıqlanandan sonra yəqin ki, mənim də izahatım alınacaq. Ölüm faktı qorxudan, şokdan ola bilər”.

Təhsil-press.az

Oxşar xəbərlər