Тramp Emmanuel Makronu Fransa prezident seçkilərində qələbə münasibətilə təbrik edib

Тramp Emmanuel Makronu Fransa prezident seçkilərində qələbə münasibətilə təbrik edib ABŞ prezidenti Donald Тramp "Marşda" hərəkatının lideri Emmanuel Makronu Fransa prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Təhsil-press.az-ın verdiyi məlumata görə, ABŞ lideri bu haqda öz Twitter səhifəsində yazıb.
Ağ Evin başçısı deyib: "Emmanuel Makronu Fransa prezidenti seçkilərində bu günki böyük qələbə ilə təbrik edirəm. Mən onunla işləmək imkanını səbirsizliklə gözləyirəm".

Təhsil-press.az

Oxşar xəbərlər