Bakıda hər il keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna çoxlu sayda iştirakçı toplaşır. Onların arasında ən nüfuzlu ekspertlər, habelə bütün dünyanı təmsil edən ictimai təşkilatların və dövlət qurumlarının nümayəndələri olur.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev təhsil-press.az-a müsahibəsində həmin tədbirə bu qədər böyük diqqətin nə ilə bağlı olması barədə fikirlərini bildirib.
D.Savelyev qeyd edib ki, Azərbaycan paytaxtında təşkil edilən Forum artıq dördüncü dəfə keçirilir və hər dəfə bu tədbirin iştirakçılarının sayı da, nüfuzu da artır. Forumun fərqləndirici cəhəti ondan ibarətdir ki, onun tərəfdaşları arasında UNESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, Dünya Turizm Təşkilati, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq qurumlar var.
RF Parlamentinin təmsilçisi deyib: “Bütün bunlar xalqların, ölkələrin bir-birinə hörmət ruhunda ünsiyyətinin yüksək aktuallığına və bu cür ünsiyyətə ehtiyac olmasına dəlalət edir. Müasir dünyamız millətçilik, ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən əziyyət çəkir. Bunun yeganə çarəsi xalqların bir-birinin mədəniyyətini öyrənməsi ilə müşayiət olunan fasiləsiz dialoqdur, çünki hər bir millətin ən yaxşı cəhətlərinin universal daşıyıcısı məhz mədəniyyətdir”.
Dmitri Savelyev vurğulayıb ki, bu forum Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü Bakı prosesi təşəbbüsü çərçivəsində təşkil olunur. Azərbaycan multikulturalizm modeli bütün ölkələr üçün etalon hesab edilməli həyat tərzi nümunəsidir. Ona görə ki, bu model dünyaya təhlükəsizlik təklif edir. Mahiyyət etibarilə bütün Azərbaycan daimi qarşılıqlı fəaliyyət, fasiləsiz mədəniyyətlərarası polifoniya məkanıdır. Prezident İlham Əliyev dünyaya məhz elə bir nümunəvi ölkə göstərməyə çalışır ki, orada hamının hamı ilə dialoqunda heç vaxt fasilə yaranmır. Elə buna görə də Azərbaycan hamının hamı ilə mübarizəsinin nə demək olduğunu bilmir, lakin təəssüf ki, siyasətin əsasını millətçilik və ya düşüncəsiz psevdo siyasi korrektlik təşkil edən ölkələrdə bunun əksi müşahidə olunur.
Bakı Mədəniyyətlərarası Dialoq Forumu qədər qloballığa malik olan ikinci bir platforma tanımadığını vurğulayan RF parlamentinin nümayəndəsi deyib: “Dünya siyasi və intellektual təfəkkür elitasının nümayəndələri qarşılıqlı anlaşma körpüləri qurmaq üçün məhz Bakıda görüşürlər. Özü də təkcə ona görə yox ki, Azərbaycan müxtəlif millətlərə və müxtəlif konfessiyalara mənsub olan insanların birgə ahəngdar yaşamasına canlı nümunədir, həm də ona görə ki, bu respublika özünü ən yüksək səviyyəli tədbirlərin təşkilatçısı kimi çoxdan təsdiq edib. Forumdan demək olar ki, dərhal sonra Bakı İslam Həmrəyliyi Oyunlarının iştirakçılarını və azarkeşlərini qəbul edəcək. Mən əminəm ki, Oyunlar Azərbaycanda idmanın inkişafına şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Birinci Avropa Oyunları zamanı başlanmış planlı işi davam etdirir. O vaxt Azərbaycanda çox gözəl infrastruktur və idmançıların, ilk növbədə gənc idmançıların öz istedadlarını inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb”.
D.Savelyev hesab edir ki, bu Oyunlar dünyada gərginliyin azaldılması işinə Azərbaycanın daha bir töhfəsi olacaq, çünki idman insanları birləşdirir və onların bir-birini anlamasına kömək edir.
Təhsil-press.az