Aprelin ortalarında Xəzər Universitetində “Linqatore” Eston Dili Mərkəzinin rəhbəri Evelin Myuyuripealın və dilşünas Leili Syaqinin dəstəyi ilə “English Language Portfolio” əsasında “Xarici dillərin tədrisinin və öyrənilməsinin interaktiv metodları“ mövzusunda ikigünlük seminar keçirilib.
“Linqatore” Eston Dili Mərkəzinin rəhbəri E.Myuyuripeal deyib: “Bakıda dil mövzusunda seminar keçirmək ideyası Estoniyada Sənəm Əliyevanın rəhbərlik etdiyi Azərbaycan bazar günü məktəbi ilə tanış olandan sonra yaranıb. Məktəbin təcrübəsi məni sözün əsl mənasında mat qoydu. Mən Vətəninin hüdudlarından uzaqda yaşayan, amma öz mədəniyyəti və ana dili ilə qırılmaz tellərlə bağlı olan insanların vətənpərvərlik hisslərinə böyük hörmətlə yanaşıram. Məni Azərbaycanda dil mövzusunda layihə həyata keçirməyə də elə bu hisslər sövq etdi”.
Layihənin əsasən Azərbaycan ilə əlaqələr qurmaq məqsədi daşıdığını bildirən E.Myuyuripeal deyib: “Estoniyadakı Azərbaycan bazar günü məktəbi ilə tanış olandan sonra bizdə Azərbaycanın özünə, onun təhsil sisteminə maraq oyandı. Biz sizin müəllimlərlə əlaqələr yaratmaq istədik və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
Layihə çərçivəsində dillərin tədrisi metoduna dair təcrübə mübadiləsinin nəzərdə tutulduğunu bildirən L.Syaqi deyib: “Bilik və vərdişlərini artırmaq istəyən yüksək ixtisaslı Azərbaycan müəllimləri və tələbələri ilə söhbət etmək bizim üçün çox xoş idi”.
E.Myuyuripeal əlavə edib ki, Azərbaycan auditoriyası çox savadlıdır, bir neçə dil bilir və bu da heyrətləndirməyə bilmir.
”Linqatore”nin rəhbəri vurğulayıb ki, Azərbaycan auditoriyasının diqqətinə çatdırılan metodlar Belçika, Kanada, ABŞ və bir çox digər ölkələrdə tətbiq edilib. Layihənin üstünlüyü bundan ibarətdir ki, müəllimlər yorucu mühazirələrdən uzaq fəal tədris mühiti formalaşdırır və özünü ifadə etmək üçün tam sərbəstlik verirlər. Buna görə də seminar mövzularından biri “Dil dərsində susmaq itirilmiş vaxtdır” adlandırılıb. O deyib: “Azərbaycan müəllimlərinin əməkdaşlığa hazır olmaları seminarın aparıcıları kimi bizə çox xoş olardı. Azərbaycan tərəfi ilə gələcək əməkdaşlığa gəldikdə isə universitet səviyyəsində pilot layihə kimi yaradılan bu layihə gələcəkdə məktəb və liseylərdə davam etdiriləcək. Biz istərdik ki, Azərbaycan müəllimləri Estoniyaya cavab səfəri etsinlər və dil tədrisi ilə bağlı təcrübələrini bölüşsünlər.
Əminik ki, Azərbaycanın gələcəyi xoşbəxtdir, çünki onun belə istedadlı və savadlı gəncləri var. Biz tam yəqin etdik ki, Azərbaycan hökumətinin prioriteti təhsildir”.
Azərbaycanın paytaxtına valeh olduqlarını gizlədə bilməyən E.Myuyuripeal və L.Syaqi deyiblər: “Bakının gözəlliyini, burada əhatə olunduğumuz səmimiyyəti və qonaqpərvərliyi sözlə ifadə etmək mümkün deyil. Bizi başa düşmək üçün Bakıya getmək və hər şeyi əyani görmək, Azərbaycan xalqının qəlbinin genişliyini və dostluğunu hiss etmək lazımdır. Biz hələ də gördüyümüz mehribanlığın təsiri altındayıq. Sanki nağıllar aləminə düşmüşdük. Bakı Parisi xatırladan əsrarəngiz şəhərdir, gecələri də çox füsunkardır.
Bakı ilə tanışlığımız Şəhidlər xiyabanından başladı. Burada Vətəninin azadlığı uğrunda canından keçən Azərbaycan övladları dəfn edilib. Xalqınız azad yaşamağa layiq xalqdır.
Sonda Azərbaycanda pilot layihənin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın Estoniyadakı səfirliyinə, Xəzər Universitetinin rəhbərliyinə, Estoniyadakı Azərbaycan icmasına və əlbəttə, Azərbaycan bazar günü məktəbinin direktoru Sənəm Əliyevaya təşəkkür etmək istəyirik”.

Hikmət Əliyev