ERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDA

ERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDA 31 mart 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında “31 Mart – Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əlyazma qaynaqlarında” adlı elmi sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov bu faciənin heç zaman unudulmayacağını vurğuladı. Onun sıradan bir tədbir olmadığını, ciddi araşdırmaların nəticəsi kimi meydana cıxdığını diqqətə çatdırdı. Daha sonra tədbir iştirakçıları 31 mart soyqırımında həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
İnstitutun baş elmi işçisi t.ü.e.d. Tahirə Həsənzadə “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar tarixi mənbələrdə” adlı məruzə ilə çıxış edib. O, Heredotun köçəri adlandırdığı erməniləri Qafqazda, İranda, Türkiyədə dəfələrlə türk xalqına qarşı ən qəddar cinayətkar əməllərə əl atdıqlarını qeyd etdi.
Fil.ü.e.d. professor Kamandar Şərifov “Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə еrməni-müsəlman davası” əsərində erməni vəhşilikləri” mövzusu ətrafinda məruzə etdi. O, Sovet dövründən erməni vəhşilikləri haqqında əsərlərin çapının mümkün olmadığını nəzərə çatdırdı, yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra arxivlərdə saxlanılan həmin əsərlərin işıq üzü gördüyünü bildirdi. K.Şərifov daha sonra pakistanlı polkovnik Məsud Əxtar Şeyxin “Yalanlar, yalanlar, bir daha yalanlar” kitabı haqqında məlumat verdi.
Daha sonra fil.ü.f.d. aparıcı elmi işçi Əkrəm Bağırov “Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərində erməni terroru” kitabının ərsəyə gəlməsi haqqında danışdı. O, qeyd etdi ki, əsəri 1980-ci illərin sonunda çapa hazırlasa da, yalnız 1990-cı illərin əvvəlində onu nəşr etmək mümkün olub.
Fil.ü.f.d. aparıcı elmi işçi Yusif Bağırov “Üzeyir Hacıbəylinin publisistikasında mart soyqırımı” adlı məruzə ilə tədbiri davam etdirdi. O, Üzeyir Hacıbəylinin 1918-ci ilə qədər əsasən felyeton yaradıcılığı ilə məşğul olsa da,
həmin il Cümhuriyyətin rəsmi qəzetində ciddi siyasi yazılarla çıxış etdiyini diqqətə çatdırdı.
Sonra məruzələr ətrafında Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə çıxış etdilər. Sonda elmi sessiyanın materiallarının kitab kimi çap edilməsi təklif edildi.

ERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDAERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDAERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDAERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDAERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDAERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDA

Oxşar xəbərlər