ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının və Heydər Əliyev Muzeyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Muzeyinin direktoru Sahilə Nəcəfova bildirib ki, bugünkü tədbirin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, geniş təbliğ olunması, tələbələri Heydər Əliyevin həyat və fəaliyyəti ilə daha yaxından tanış etməkdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Yubiley həm də hesabat deməkdir. Ölkəmizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən çoxsaylı tədbirlər keçirilir. ADPU-da da həm ümumuniversitet miqyasında, həm də fakültələrdə bu münasibətlə müxtəlif tədbirlər keçirilir. Dahi öndər Heydər Əliyevin şərəfli və mənalı həyat yolu, çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyəti hər birimiz üçün layiqli nümunədir. Bizim üzərimizə böyük məsuliyyət və vəzifələr düşür. ADPU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. ADPU respublikamızda pedaqoji kadr hazırlığının mərkəzi hesab edilir. Universitetimizin tələbə-gəncləri daim öz bilik və bacarıqlarını artırmalı, aparıcı xarici dilləri öyrənməli, ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiq qalmalı, Onun həyat və fəaliyyətini, zəngin idarəçilik, dövlətçilik təcrübəsini dərindən öyrənməlidirlər.
ADPU-nun rektorunun müşaviri, professor Vilayət Əliyev çıxış edərək Heydər Əliyevin milli xilaskar, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qüdrətli dövlət rəhbəri olduğunu bildirərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
Tədbirdə Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova “Heydər Əliyev və müəllimlik peşəsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ümummilli lider Heydər Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində onların roluna yüksək qiymət vermişdir. Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Cəmiyyətimiz sürətlə inkişaf edir, təhsilin keyfiyyəti, inkişafı istiqamətində mühüm addımlar atılır. ADPU-da istər təhsil, istərsə də elmi-tədqiqat sahəsində aparılan böyük işlər bizə bunu deməyə əsas verir. Universitetimizdə təhsilin keyfiyyətini artırmaq məqsədilə pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirilir. Bütün bu islahatlar ADPU-nun rektoru, professor Cəfər Cəfərovun birbaşa rəhbərliyi ilə tam şəffaf və obyektiv şəkildə həyata keçirilir.
Tədbirdə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda çıxış edən Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov qeyd edib ki, xalqımızın dövlət müstəqilliyinin maddi-mənəvi amilləri, milli şüur və milli özünüdərkin inkişaf etdirilməsi Ümummilli Liderimiz tərəfindən düşünülmüş şəkildə formalaşdırılmışdır. Özünün fitri istedadı, güclü idarəetmə qabiliyyəti ilə sübut etmişdir ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.
“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda çıxış edən Tarix və coğrafiya fakültəsinin II tədris ilinin 201-ci qrup tələbəsi Aytac Təhməzli bildirib ki, müasir dövrümüzdə Azərbaycan dünyanın tolerantlıq mərkəzidir, dini konfessiyaların dinc yaşamasının unikal nümunəsidir. Bu gün Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir və bununla İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib

Oxşar xəbərlər