Noyabr ayının 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür - Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən icra olunan “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində ADPU-nun təşkilati dəstəyi ilə "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin ADPU-dakı abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını ifadə ediblər, sonra Heydər Əliyev Muzeyində xalqımızın bu böyük oğlunun həyat və fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər və sənədlərlə tanış olublar. Daha sonra tədbir çərçivəsində Heydər Əliyev məktəbinin lektoriyasında "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, bu gün xalqımızın dahi oğlu, böyük zəka sahibi, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümü tamam olur. Rektor bu böyük və əlamətdar tarixi gün münasibətlə görüş iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, tarix, zaman baxımından 24 il elə də böyük bir müddət deyil. Lakin bu müddət ərzində xalqımız həm YAP-ın yaradıcısı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin, həm də Ulu Öndərimizin müdrik dövlətçilik kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində böyük uğur və nailiyyətlər qazanmışdır. Bu gün öz sıralarında təxminən 700 minə yaxın məsləkdaşı birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP monolit partiyadır, cəmiyyətimizin avanqardıdır, qüdrətli siyasi qüvvədir.
Rektor Cəfər Cəfərov qeyd edib ki, dahi öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası ölkəmizin ərazisində yaşayan bütün xalqları və milli azlıqları Azərbaycanın ümumi inkişafı naminə fəaliyyətə yönəldən, ölkəmizi işıqlı gələcəyə aparan bir ideologiyadır. Ulu Öndər deyirdi: «Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» Ulu öndər Heydər Əliyev Azərbaycançılığı belə səciyyələndirmişdir: «Azərbaycançılıq öz mili mənsubiyyətini qoruyub-saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub-saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər insanın inkişafının təmin olunması deməkdir».
Görüşün moderatoru, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu, "Kür-Xəzər" Xeyriyyə İB-nin sədri, Milli QHT Forumunun İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü, layihə rəhbəri Akif Kərimov, YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi Taleh Cəfərov, TGT-nin sədri Cavid Hüseynov, Filologiya fakültəsinin üçüncü tədris ilinin tələbəsi Cəmilə Məhərrəmova ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası, eləcə də dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənc nəslə aşılanması, gənclərdə Vətənə, xalqa, millətə sədaqət və məhəbbət ruhunun yüksəldilməsi ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi