Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib. Qeyd edib ki, respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə edilən uğurlar da məhz ulu öndər tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir” deyən rektor A.Məhərrəmov prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri kimi xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsinin ön planda dayandığına da diqqət çəkib.
Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti haqqında danışan Ə.Əhmədov bildirib ki, ulu öndərin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur. Bu dahi şəxsiyyətə xas olan quruculuq xüsusiyyətləri onun islahatçı, yenilikçi xarakteri ilə üzvi surətdə qovuşaraq XXI əsrin birinci onilliyində yeni iqtisadi möcüzə kimi qəbul edilən fenomenin - Azərbaycan Respublikasının möhtəşəm yüksəlişinin fundamental əsasını təşkil edib. Ə.Əhmədovun sözlərinə görə, Heydər Əliyev irsinə məxsus olan yenilikçilik ruhu ölkəmizdə bu gün davam etdirilən və böyük uğurlara səbəb olan dərin islahatlar konsepsiyasının əsasını təşkil etməkdədir.
Sonra universitetin kafedra müdirləri – akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi