ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü” adlı elektron kitabın təqdimat mərasimi keçirilib.
ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov mərasimi açıq elan edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri, onun unikal diplomatik istedadı haqqında danışıb, Heydər Əliyevin müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında, Azərbaycan-Çin münasibətlərinin yaranması və inkişafında rolunu xüsusi vurğulayıb. O, Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin ÇXR-ə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan, Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında ətraflı məlumat verib. Professor qeyd edib ki, kitabın Çin dilində tərtib olunması ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətlərinin genişləndirilməsi sahəsində göstərdiyi fəaliyyətin Çin cəmiyyətinə çatdırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Çin Böyük İpək Yolunun bərpa olunması proqramı çərçivəsində həyata keçirilən nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin mühüm iştirakçılarıdır.
Təqdimatda çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın böyük tərəqqi yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev müasir dövlət quruculuğundakı fəaliyyətində Heydər Əliyev kursuna sədaqətini nümayiş etdirir. Prezident İlham Əliyevin Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran siyasəti Çində də böyük maraqla izlənilir. Ə.Əliyev Çin dilində kitabın
təqdimatının ADU-da keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin təhsil sahəsində uğurlu siyasətinin nəticəsidir ki, universitetdə 20-dən artıq xarici dil tədris olunur, Konfutsi İnstitutu və dil mərkəzləri fəaliyyət göstərir. Prorektor bildirib ki, 2012-ci ildən ADU-da Çin dili tədris olunur. Gündən-günə Çinlə əlaqələr inkişaf edir. Ə.Əliyev kitabın mahiyyətindən danışaraq, qeyd edib ki, “Azərbaycan – Çin: diplomatik münasibətlərin qurulmasının 25 ili” adlı kitabda Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs olunur. Prorektor əminliklə bildirib ki, bu kitab ildən ilə beynəlxalq arenada öz mövqeyini daha da möhkəmlədən, yüksək templi iqtisadi inkişafı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın xarici siyasətinin öyrənilməsi nöqteyi nəzərindən əhəmiyyətli mənbə olacaq.
Təqdimat mərasimində çıxış edən ADU-nun Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov qeyd edib ki, təqdim olunan kitab Prezident İlham Əliyevin parlaq intellekti və uğurlu siyasi gələcəyi olan dövlət xadimi kimi bütün dünyada tanındığını bir daha təsdiq edir. O, məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi potensialının durmadan artdığını, əhalinin rifahının yüksəldiyini, daxili və xarici siyasətdə böyük uğurlar əldə edildiyini vurğulayıb. M.Məmmədov kitabın əhəmiyyətini vurğulayaraq əminliklə bildirib ki, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı geniş məlumat saxlayan nəşr gələcəkdə Azərbaycan-Çin əməkdaşlığında böyük rol oynayacaq, Azərbaycan və dünya ictimaiyyəti üçün qiymətli mənbəyə çevriləcək və eyni zamanda ADU-nun Çin dilini öyrənən tələbələri üçün də dəyərli dərs vəsaiti olacaq.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirinin müavini Li Tzinsun qeyd edib ki, ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi kökləri var. 1992-ci il aprelin 2-də Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması iki ölkənin tarixində yeni mühüm səhifə açıb. O, qeyd edib ki, son iki ildə Çin-Azərbaycan əlaqələri sürətli inkişaf mərhələsinə qədəm qoyub. 2015-ci ilin dekabr ayında Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə birlikdə "İpək Yolu İqtisadi zonası" adlı birgə layihənin yaradılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Li Tzinsun bildirib ki, 25 il ərzində iki ölkə arasında humanitar əlaqələr də inkişaf edir. Azərbaycanda Konfutsi İnstitutu fəaliyyət göstərir, ölkədə Çin dilinə və mədəniyyətinə maraq artır.
Milli Məclisin deputatı, professor Elman Nəsirov təqdimat mərasiminə Azərbaycan və Çin parlamentlərarası dostluq qrupunun üzvü kimi qatıldığını bildirib. O, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunduğu gündə kitab təqdimatının keçirilməsini əlamətdar bir hadisə kimi qiymətləndirib. E.Nəsirov Azərbaycan və Çin arasında münasibətlərin sürətlə inkişaf etdiyini qeyd edib. Kitabla həm elektron, həm də çap formada tanış olduğunu söyləyən millət vəkili kitabın ərsəyə gəlməsində R.Abbasova, universitet rəhbərliyinə təşəkkürünü bildirib, Çin ilə bağlı yeni kitabların davamlı olaraq nəşr olunacağına inamını ifadə edib.
Millət vəkili Ziyad Səmədzadə Çin kimi qədim tarixə malik bir dövləti araşdırmağın şərəfli bir missiya olduğunu söyləyib və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. O, Azərbaycan və Çin arasında münasibətlərin inkişafında professor R.Abbasovun danılmaz əməyini xatırladıb. Dünyanın aparıcı dövlətlərindən biri kimi Çin modelinin xüsusi bir model olduğunu vurğulayan millət vəkili yoxsulluğun səviyyəsini aşağı endirmək yönümündə Çinin ən böyük nailiyyət əldə etdiyini deyib. Z.Səmədzadə Çin iqtisadiyyatının öyrənilməsinin Azərbaycan iqtisadçıları və ictimaiyyəti üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyib. O, Asiya ilə Avropanın arasında yerləşən Azərbaycanın strateji mövqeyə malik olduğunu vurğulayıb, “Bir kəmər, bir yol” strategiyasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonda millət vəkili Konfutsi İnstitutuna Çinlə bağlı kitablar hədiyyə edib.
Onu da əlavə edək ki, kitabın təqdimat mərasimində millət vəkili Vahid Əhmədov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Samir Məmmədov da iştirak edib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR-ə etdiyi rəsmi səfərlərinin video xronikasından kadrlar da nümayiş etdirilib.
Təqdim olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2017-ci illər ərzində Azərbaycan və Çin arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafı sahəsində göstərdiyi çoxplanlı fəaliyyət öz əksini tapıb. Kitab 6 bölmədən ibarətdir: “Rəsmi səfərlər”, “Siyasi əlaqələr”, “Diplomatik münasibətlər”, “İqtisadi əməkdaşlıq”, “Ölkə rəhbərlərinin yazışmaları”, “İkitərəfli münasibətlərin hüquqi bazası”. Qeyd olunan bölmələr İlham Əliyevin Çinə dövlət və işgüzar səfərləri, Çinin siyasət və dövlət xadimləri, hökumət nümayəndə heyətləri ilə görüş və danışıqları, rəsmi mərasimlərdə çıxışları haqqında məlumatları, həmçinin Azərbaycan-Çin münasibətləri ilə bağlı sənədlərin mətnlərini ehtiva edir.
Qeyd edək ki, Azərbaycan və Çin dillərində tərtib olunmuş bu kitabın elmi məsləhətçiləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Milli Məclisin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdur. Kitabın məsul redaktoru isə ADU-nun professoru Rafiq Abbasovdur.

ADU-nun Mətbuat Xidməti


ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Oxşar xəbərlər