Mayın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Ankara Universitetinin nümayəndələri ilə görüşüb.
Qonaqları salamlayan professor Ə.Abdullayev onları ADU-da görməkdən məmnunluğunu bildirib. O, Türkiyə universitetləri ilə əməkdaşlıqdan danışaraq əlaqələrin ildən-ilə genişləndiyini qeyd edib. Ə.Abdullayev müəllim-tələbə mübadiləsinin vacibliyini də vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Ankara Universitetinin İlahiyyat fakültəsinin professoru Recai Doğan ADU-da keçirilən imtahanlarla əlaqədar olaraq artıq bir neçə ildir ki, Azərbaycana gəldiyini bildirib. O, görüşün iki ölkə universitetləri arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini deyib. R.Doğan Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün keçiriləcək AYÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında ətraflı məlumat verib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.

ADU-nun Mətbuat Xidməti