UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə Respublikasının paytaxtında Ankara Universitetinin rektoru, professor Erkan İbiş ve Qazi Universitetinin rektoru, professor İbrahim Uslan ilə görüşüb.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. İkili diplom proqramları və müvafiq sahələr üzrə beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılması imkanları qiymətləndirilib. Hər iki ali təhsil ocağı ilə birgə diplom proqramlarına başlanması barədə fikir mübadiləsi aparılıb. UNEC müəllimlərinin bir il müddətinə Ankara və Qazi universitetlərində ixtisas artırmaq məqsədilə tədrisə cəlb edilməsi, tələbə mübadiləsinin daha da genişləndirilməsi, eləcə də birgə tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.
Müzakirələrin nəticəsi olaraq UNEC-lə Ankara Universiteti və Qazi Universiteti arasıda akademik və elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

UNEC-in Mətbuat Xidməti