Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "World’s famous muslim athletes” (Dünyanın məhşur müsəlman idmançıları) adlı kitab nəşr edib.
Kitabın müəllifləri Dövlət Komitəsinin əməkdaşları Orxan Maşayev və Tural Vəlizadədir. Ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının olduğu kitabda idmanın insan həyatındakı rolundan və İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs edilib. İngilis dilində nəşr olunmuş kitabda, eyni zamanda dünya səviyyəsində böyük nüfuz sahibi olan görkəmli müsəlman idmançıların həyatı haqqında məlumatlar yer alıb.
Nəşrin “Olimpiya Hərəkatı yaranma və inkişaf tarixi”, “Azərbaycan Olimpiya Oyunlarında” bölmələrində 1997-ci ilin ikinci yarısında ölkə idmanında yeni səhifə açılmasından - İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə idman sahəsində köklü istahatlara başlanılmasından bəhs edilir.
Kitabda “İdmanın insan psixologiyasına təsirləri”, “İdman beynimizə necə təsir edir?”, “İdmanın şəxsiyyət üzərində təsirləri”, “İslamda idmana baxış”, “İdman və qadın” bölmələrində idmanın ictimai dəyərlərin meydana gəlməsində, fərdin ictimailəşməsində, insanlarla dialoq qurmasında əhəmiyyətli roluna toxunulur. Müsəlman qadınların idmanla məşğul olmasının, idman yarışlarında iştirakının dinin idmana müsbət münasibəti fikrinə əsaslanaraq əhəmiyyəti vurğulanır. Nəşrdə bu mövzularda həm Quranda, həm də Həzrət Məhəmməd peyğəmbərin (s) hədislərində müxtəlif göstəriş və nəsihətləri də görmək olar.
İnkişafetdirici, həm gələcəyə hazırlıq kimi xüsusiyyət daşıması baxımından xüsusilə uşaqlar və yeniyetmələr arasında təbliği əhəmiyyət kəsb edən milli idman növlərimiz - zorxana, qalaqapı, eləcə də yarış, qaçış, üzgüçülük, atçılıq, atıcılıq, güləş, Uzaq Şərq idman növü olan cüdo, taekvando, karate və qılıncoynatma kimi idman növləri haqqında ətraflı məlumat verilir.
İki il öncə I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Avropa idmanı tarixinə möhür vuran Azərbaycan dövləti dünyaya yüksək təşkilatçılıq nümunəsi göstərdi. Avropa ölkələri, onların olimpiya komitələri, beynəlxalq təşkilatlar ölkəmizin qısa müddət ərzində belə bir beynəlxalq miqyaslı idman tədbirini yüksək səviyyədə keçirə bilməsinə və Azərbaycan dövlətinin qüdrətinə şahid oldular.
12-22 may tarixlərində paytaxtımızda təşkil olunan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin 3 mindən çox idmançısı iştirak edir. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməklə növbəti dəfə idman tarixində yeni səhifələr yazır, idmançılarımız isə yeni qələbələrlə xalqımızı sevindirir. Ölkəmizin həyatında əlamətdar hadisə kimi tarixə düşəcək İslam Həmrəyliyi Oyunları bütün müsəlman ölkələrinin birliyini, həmrəyliyini dünyaya isbat etdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunan bu nəşrin ümumi məzmunu və estetik tərtibatı ilə bütün idmansevərlərin zövqünü oxşamaqla, IV İslam Həmrəyliyi Oyunlarına töhfə olacaq.