Mayın 25-də “AtaHolding” Şirkətlər Qrupunun və “Synergy Group” MMC-nin əməkdaşlarından ibarət komandalar arasında 28 May - Respublika Gününə həsr edilmiş “Что, Где, Когда” oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
İntellektual yarışda “AtaHolding”, “AtaSığorta”, “AtaTexnologiya”, “VTB Bank Azərbaycan” və “Synergy Group” komandaları iştirak ediblər. Oyun “AtaHolding” və Parlaq Zəka verilişinin aparıcısı Aydın Piriyevin təşkilatçılığı ilə keçirilib. Hər birində 6 iştirakçı olan komandalar müxtəlif mövzularda sualları cavablandırmağa çalışıb. Musiqi fasiləsində müğənni Araz Hümbətli mahnılar ifa edib.
Yarışda birinci yeri “VTB Bank Azərbaycan” ASC komandası, ikinci yeri “Synergy Group” komandası və üçüncü yeri isə “AtaSığorta” ASC komandası tutublar.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı qeyd edib ki, ölkəmizin əlamətdar tarixi - Respublika Gününü hər il intellektual yarışısın keçirilməsi ilə qeyd etmək xoş ənənəyə çevrilib. Bu dəfə də turnir kəskin rəqabətlə çox maraqlı və gərgin şəraitdə keçdi. Komandaların üzvləri nəinki öz bilik səviyyələrini, həm də qısa müddət ərzində kollektiv surətdə cavab hazırlayıb qərar vermək bacarıqlarını nümayiş etdiriblər.
“Synergy Group” şirkətinin nümayəndəsi Mirəziz Əzizli yarış iştirakçılarını və qonaqları qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbrik edib. O qeyd edib ki, ölkəmizdə özəl biznes qurumlarında bu cür geniş dünyagörüşlü insanların çalışması sevinc hissi doğurur.
Tədbirin sonunda qalib komandalara sertifikatlar təqdim edilib.
Təhsil-press.az