Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında fərman imzalayıb.
Bu fərmanla “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilir.
Əsasnamədə qeyd olunur ki, Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Xarici Kəşfiyyat Xidmətinin hər bir əməkdaşına Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini bildirən nişandır.
Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat Xidmətinin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.
Xidmətin embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:
- Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında, kino, video və fotomateriallarında;
- Xarici Kəşfiyyat Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).
Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılmışdır.
Dairənin ortasında səkkiz yerdən qızılı qadaqla bərkidilmiş, göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy rəngli dairəvi qalxan təsvir edilmişdir. Qalxanın dairəyə nisbəti 5:6-dır.
Qalxanın mərkəzində qızılı rəngdə səkkizguşəli ulduz, onun üzərində tünd göy rəngli dairənin fonunda qızılı rəngdə aypara və ayparanı bütöv bir dairə şəklində tamamlayan qızılı rəngdə qılınc təsviri vardır. Ulduzun guşələrinin ucları qalxanın hüdudları ilə məhdudlaşır.
Ayparanın daxilində üzərində meridian və paralellərin kəsişdiyi qızılı rəngdə kürə təsvir olunub. Kürənin yuxarı sağ dörddə birində qövs şəklində Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri əks etdirilib.
Təhsil-press.az