Türkiyə kəşfiyyatına daha 53 min Gülən hərəkatı tərəfdarı məlum olub

Türkiyə kəşfiyyatına daha 53 min Gülən hərəkatı tərəfdarı məlum olub Türkiyənin Milli Kəşfiyyat Xidməti "ByLock" adlı xüsusi əlaqə proqramını taparaq açıblar ki, bu proqramdan Fətullah Gülən hərakatı tərəfdarları istifadə ediblər.

Tehsil-press.az "Haber7" qəzetinə istinadən məlumat verir ki, Gülən hərəkatı tərfdarları məhz bu proqram vasitəsilə bir-biri ilə əlaqə saxlayıb. Həmin proqramın açılması ilə Türkiyənin Milli Kəşfiyyat Xidməti Gülən hərəkatının 53 min tərəfadrının şəxsiyyətini müəyyən edib. Hazırda Türkiyənin Milli Kəşfiyyat Xidməti Gülən hərəkatı tərafdarlarının 18 milyon məlumatını araşdırır.


Tehsil-press.az

Oxşar xəbərlər