ATU-da 2016-2017-ci tədris ilinin yekun Dövlət imtahanı sessiyası başlandı

ATU-da 2016-2017-ci tədris ilinin yekun Dövlət imtahanı sessiyası başlandı Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, профессор Gəray Gəraybəyli Dövlət yekun İmtahan Komissiyası sədrləri və üzvü olan müəllimlərlə ayrı-ayrılıqda görüş keçirib.
Rektor G.Gəraybəyli toplantı iştirakçılarından bəzilərinin artıq imtahana nəzarətlə bağlı təcrübəsinin olduğunu bildirdi. Qeyd olundu ki, mayın 2-dən iyunun 23-nə qədər ATU-da Dövlət yekun attestasiya imtahanları və magistrlərin diplom işi müdafiələri gedir. Rektor iştirakçıların nəzərinə çatdırdı ki: "Ötən ildən etibarən imtahanlarımız 2 pilləli şəkildə aparılır. İlk mərhələdə tələbələrin təcrübi bacarıqları OSKİ imtahanı ilə yoxlanılır, ikinci mərhələdə isə nəzəri suallar əsasında imtahanlar verilir. Həmçinin, yeganə olaraq ATU-da Apellyasiya Komissiyası yaradılıb ki, bu komissiyada artıq ayrı-ayrı fakültələr üzrə yox, ümumi formada fəaliyyət göstərəcək. Bütün imtahanlarda yaranacaq apellyasiya məsələlərinə bu komissiya tərəfindən baxılacaq ".
G.Gəraybəyli bildirdi ki, tələbələrin özləri də OSKİ imtahanlarının tətbiqindən razı qalıblar. Tələbələrin rəyini öyrənmək məqsədilə ötən il imtahan keçirilən zallara qutular qoyulub və tələbələr anonim olaraq öz fikirlərini yazıb həmin qutuya atıblar: "Rəylərin demək olar əksəriyytiti müsbət yönlü idi. Bu il ötən ildəkindən fərqli olaraq, imtahanlar 5 yox, 10 tapşırıq üzrə aparılacaq. "
Sonra ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, профессор Сабир Əliyev imtahanların təşkili ilə bağlı sərəncamları iştirakçıların diqqətinə çatdırdı. O, imtahanda nizam-intizamın böyük əhəmiyyət daşıdığını bildirdi. Prorektor qeyd etdi ki, komissiya sədrləri və üzvlri tələbələrə düzgün davranış qaydalarını izah etməlidirlər. İclasın sonunda ATU-nun tədris hissə müdiri, dosent Nəsimi Qasımov toplantı iştirakçılarını müvafiq əmrlərlə tanış etdi.

ATU-nun Mətbuat Xidməti


ATU-da 2016-2017-ci tədris ilinin yekun Dövlət imtahanı sessiyası başlandı

ATU-da 2016-2017-ci tədris ilinin yekun Dövlət imtahanı sessiyası başlandı

Oxşar xəbərlər