Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər

Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
Tehsil-press.az xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov bildirib ki, universitetdə dekabrın 30-dan başlanan qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Universitetdə doqquz ildır ki, imtahanlar əyani şöbədə test üsulu ilə kompüter vasitəsilə aparılır. Bu tədris ilindən birinci kurslarda imtahanlar yazılı formada keçiriləcək. Əyani şöbədə birinci kurs üzrə 1.758 tələbə imtahan verəcək. Burada da bir sıra yeniliklər var. Tələbələrin imtahan biletləri yazılı formada kompüter vasitəsilə hazırlanacaq. Kodlaşdırma avtomatik olaraq kompüterlə aparılacaq.
Qeyd edilib ki, imtahanların gedişinə nəzarət etmək məqsədilə bu ali məktəbdə apelyasiya komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin bu komissiyaya ərizə ilə müraciət etmələri üçün lazımi şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.

AzTU-nun Mətbuat Xidməti


Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər
Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər
Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər

Oxşar xəbərlər