İndoneziyanın Bali şəhərində yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib.
Təhsil Nazirliyindən tehsl-press.az-a bildiriblər ki, dünyanın 48 ölkəsindən məktəblilərin qatıldığı olimpiadada Azərbaycandan altı şagird iştirak edib.
Sumqayıt şəhərindəki təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin şagirdi Turan Bayramlı, “İstək” liseyinin şagirdləri Turan Məmmədli və Ramil Babazadə bürünc medal qazanıblar.
Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada üç mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, üçüncü mərhələdə isə praktik bacarıqları yoxlanılıb.
Cari ilin noyabrında olimpiadalara hazırlıq mərkəzlərində keçirilən seçim imtahanının nəticələrinə əsasən, Azərbaycanı təmsil edən şagirdlər müəyyənləşdirilib və onlar üçün intensiv hazırlıq məşğələləri təşkil olunub.
Tehsil-press.az