“Xavərnamə”: Bakı, “Elm və təhsil”, 2017, 530 səh.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə XIII-XIV əsrlərdə yazıya alınması təxmin edilən məşhur dini-tarixi qəhrəmanlıq dastanı “Xavərnamə” çap olunmuşdur. Dastanda yüksək mənəviyyatı, əxlaqı, insanpərvərliyi ilə bütün Şərqdə şöhrət tapmış dörd raşidi xəlifədən biri Hz. Əli ibn Əbu Talibin şücaət və ədalətindən söhbət açılır. Dastan mədəniyyətimizin, ədəbiyyatımızın, din tariximizin, o cümlədən dastanşünazlığımızın öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, dastanın Bakı əlyazma nüsxəsi ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur.
Əsəri fil.ü.f.d. Aybəniz Rəhimova transfonoliterasiya etmiş, ona müqəddimə yazmış və nəşrə hazırlamışdır. Nəşrin elmi redaktoru fil.ü.f.d. Əli Məmmədbağır oğlu, redaktorları Arif Ramazanov və Kərimulla Məmmədzadədir. Yeri gəlmişkən qeyd edək ki, mətnin bir hissəsi mərhum alimimiz, fil.ü.e.d., əməkdar elm xadimi Şamil Cəmşidov tərəfindən transfonoliterasiya etmiş, ona şərhlər də yazılmışdı, lakin amansız ölüm alimə bu işi başa çatdırmağa imkan verməmişdi. A.Rəhimova öz sələfininin də xidmətlərini unutmamış, onu da həmmmüllif kimi qeyd etmişdir.
Əsər “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

BSU-nun Mətbuat Xidməti