Kiyevdə terakt: xüsusi təyinatlı dəstə komandirinin maşını partladıldı

Kiyevdə terakt: xüsusi təyinatlı dəstə komandirinin maşını partladıldı Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur.
Bunu Ukrayna Daxili İşlər Nazirliyi Kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı “terror hadisəsi” maddəsi üzrə cinayət işi açılıb.
“Ukrainskaya Pravda”nın yazdığına görə, partlayış nəticəsində ölən şəxs Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəri, 1978-ci il təvəllüdlü Maksim Şapovaldır.
Hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi şəxslər olub.

Təhsil-press.az

Oxşar xəbərlər