Türkiyənin Gazetekazan.com saytında Qərb Universitetinin imtahan modelləri barədə məqalə yayılıb. “Azərbaycanın bu universiteti unikal imtahan formalarından istifadə edir” sərlövhəli yazıda Qərb Universitetinin tətbiq etdiyi imtahan modelləri şərh olunur, eyni zamanda, universitet barədə oxuculara məlumat verilir.
Məqalədə bildirilir ki, mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik bilikləri də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir. Daha bir maraqlı fakt odur ki, bu universitetdə tələbələr imtahan formasını özləri müəyyən edirlər.
Yazıda universitetin İmtahan Mərkəzinə istinadla qeyd edilir ki, “Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilərlər: “Bununla belə, suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir”.
“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.
Sayt Qərb Universitetinin imtahanların təşkili ilə bağlı bir müddət öncə etdiyi dəyişiklikdən də bəhs edir və bildirir ki, yeniliyə əsasən hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.
Müəllif Qərb Universiteti barədə məlumatları diqqətə çatdıraraq qeyd edir ki, bu ali təhsil ocağı tədris keyfiyyəti, maddi-texniki bazası və beynəlxalq əlaqələri baxımından ölkənin ən qabaqcıl təhsil ocaqlarından biridir. Universitetin beynəlxalq əlaqələr şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Bu əlaqələr çərçivəsində əməkdaşlığa müəllim və tələbə mübadilə proqramları, eləcə də ikili diplom layihələri və s. daxildir.

Mətbuat Xidməti