16 iyun 2017-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində 2016/2017-ci tədris ilinin yaz imtahan sessiyası dövründə “Açıq qapı” günü təşkil olunmuşdur. “Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri, KİV və QHT nümayəndələri, təhsil ekspertləri iştirak etmişdir. Universitetdə bu aksiyasını keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir. “Açıq qapı” günündə iştirak edən qonaqlar universitetin Marketinq və menecment fakültəsi, Ekspertiza və texnologiya fakültəsi, İqtisadiyyat fakültəsi və İdarəetmə fakültəsində eyni zamanda, imtahan yoxlama mərkəzində imtahanların gedişini izləmişdir.
Qonaqlara imtahan zallarını təqdim edən Tədris işləri üzrə prorektor Fikrət Quliyev onları salamlayaraq bildirdi ki, universitetimizdə imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir. “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə”yə uyğun olaraq; Fənn üzrə imtahan tələbənin semestr ərzində aldığı nəzəri biliklərin mənimsəmə səviyyəsini, təfəkkürünün inkişafını, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini müəyyənləşdirmək və qiymətləndirmək üçün nəzərdə tutulur. İmtahan sessiyaları bir qayda olaraq tədris ili ərzində iki dəfə (qış, yaz) tədris planları ilə müəyyən olunmuş vaxtda keçirilir. Tələbə imtahana tələbə bileti ilə buraxılır və imtahanların aparılmasında nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçi təyin edilir. Kənar şəxslərin imtahan keçirilən auditoriyaya daxil olmasına icazə verilmir. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında həyata keçirilir. İmtahan biletləri “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilir. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən cavab blankları yığılır, ali məktəbin rəhbərliyi tərəfindən müəyyən edilmiş şəxs tərəfindən kodlaşdırılır və fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir. Zərurət olduğu halda yoxlamaya kafedranın digər müəllimləri də cəlb oluna bilərlər. İmtahanların nəticələri imtahan vərəqəsində qeyd olunur. Fənlər üzrə imtahan vərəqələri sessiyanın başlanğıcına ən azı iki həftə qalmış dekanlıq tərəfindən hazırlanır və imtahan günü müəllimə təqdim olunur. İmtahan vərəqəsi imtahan başa çatdıqdan sonra müəllim tərəfindən müvafiq qaydada doldurularaq fakültə dekanlığına təhvil verilir. İmtahan vərəqəsinə tələbələrin imtahandan aldığı qiymət (ballar və onların hərfi işarələri göstərilməklə), iştirak etməyən tələbəyə isə “gəlmədi” yazılır. Tələbənin fənn üzrə semestr ərzində və imtahanda topladığı ballar cəmlənir və dekanlıq tərəfindən yekun bal müəyyənləşdirilir. Nəticələr imtahan verilən gün (müstəsna hallarda isə növbəti iş günü) tələbələrə elan edilir. Sessiyanın sonunadək imtahana gəlməyən tələbə dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidir. Üzrlü və ya təhsil haqqı səbəblərindən imtahana gəlməyən tələbəyə həmin fəndən imtahan vermək üçün mövcud qaydada növbəti semestrin başlanğıcına qədər bir dəfə şərait yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbəyə həmin fəndən imtahanın nəticəsi “qeyri-kafi” kimi sayılır. İmtahanlardan qeyri-müvəffəq qiymət alan tələbələr yalnız həmin fənni təkrar dinlədikdən sonra növbəti dəfə imtahan verə bilərlər. Tələbə fənni növbəti dəfə götürdüyü zaman həmin fəndən dərslərdə iştirak etməklə fənnə qoyulan tələbləri tam yerinə yetirməlidir. İmtahanlar zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün ali təhsil müəssisəsi tərəfindən imtahan sessiyası başlananadək Apelyasiya komissiyası yaradılır. Apelyasiya komissiyasına ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir. Tələbə ona verilən qiymətdən razı olmadığı halda həmin gün apelyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər. Sədr tələbənin cavab blankının yenidən yoxlanılmasını təşkil edir və fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri səviyyələr üzrə ixtisasın normativ təhsil müddətindən sonrakı iki ilə toplaya bilmədiyi halda o, məzmununda ciddi dəyişikliklər olunan bəzi peşə hazırlığı fənlərindən əvvəllər qazandığı krediti itirir və həmin krediti bu yuxarıdakı tələblərə uyğun yenidən yığmalıdır.
Qeyd olundu ki, Azərbaycan Kooperasiya Universitetində də digər ali təhsil müəssisələrində olduğu kimi tədrisin təşkili boloniya prosesinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası 2005-ci ilin may ayının 19-dan Boloniya prosesinə rəsmi olaraq qoşulmuş və bununla da təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Boloniya prosesinin məqsədi Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini yüksəltmək, ali təhsil məktəblərinin məzunlarına diplomla yanaşı diploma ümumi Avropa əlavəsi vermək, bütün akademik dərəcələri və kvalifikasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq üçün şərait yaratmaqdır.
Dünyanın inkişaf etmiş ölkələrində bu sistem uzun illərdir ki, tətbiq olunur və sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Çünki bu sistem tələbəyə yüksək səviyyədə biliklər əldə etməyi və yüksək hazırlıqlı mütəxəssis kimi yetişməyi nəzərdə tutur.
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçilməsidir ki, onun da üstünlükləri kifayət qədərdir. Qeyd edək ki, bütün məlumatları diqqətlə dinləyən qonaqlar imtahan zallarında imtahanların təşkilini yüksək qiymətləndirərək ilk olaraq başda nazir cənab Mikayıl Cabbarov olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Kooperasiya Universitetinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. İmtahanların keçirilməsi, şəffaf və obyektiv mühitin yaradılması, imtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılmış əlverişli təhsil mühitindən razı olduqlarını bildirdilər.
AKU-nun Mətbuat Xidməti