Ziyafət Əsgərov: Bəziləri Azərbaycan məhkəmə sisteminə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir

Ziyafət Əsgərov: Bəziləri Azərbaycan məhkəmə sisteminə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir Azərbaycanda məhkəmə sisteminə kölgə salmaq üçün məqsədilə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir.
Təhsil-press.az-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-prezidenti Ziyafət Əsgərov bu gün Milli Məclisin növbədənkənar iclasında deyib.
O bildirib ki, AİHM-in rəsmi statistikalarına baxdıqada aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qəbul edilən qərarların sayından çoxdur.
Z.Əsgərovun sözlərinə görə, AHİM-in rəsmi statistikasında baxanda görünür ki, 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub, ancaq Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur.
Z.Əsgərov əlavə edib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir.

Təhsil-press.az

Oxşar xəbərlər