Antarktidada ən böyük aysberq yaranıb

Antarktidada ən böyük aysberq yaranıb Antarktidanın ən böyük şelf buzlağı olan “Larsen S” buzlağının bir hissəsi qoparaq tarixin ən iri aysberqinin yaranmasına səbəb olub.
Təhsil-press.az-ın məlumatına görə, qopma prosesi iyulun 10-dan başlayıb.
Qeyd olunur ki, ayrılan buzlağın sahəsi 5,8 min kvadrat kilometrdir.
Alimlər daha əvvəl qeyd etmişdilər ki, bu aysberqin qopması buzlağın ümumi sahəsinin onda bir hissəsinin itməsinə səbəb olacaq.

Təhsil-press.az

Oxşar xəbərlər