ADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olub

ADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olub Xarici işlər naziri Elmar Məmmədyarov 9-21 iyulda ADA Universiteti tərəfindən təşkil olunan XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib.
Çıxış zamanı E.Məmmədyarov Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açıb, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusilə qeyd edib. Çıxış əsnasında nazir iştirakçıların Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barəsində suallarını cavablandırıb.
Tədbirin sonunda yay məktəbinin məzunlarına müvafiq sertifikatlar təqdim olunub.
XI Yay Enerji Məktəbinin bu ilki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraildən nümayəndələr olub.

ADA-nın Mətbuat Xidməti


ADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olubADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olubADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olubADA Universitetinin XI Yay Enerji Məktəbinin bağlanış mərasimi olub

Oxşar xəbərlər