Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş audit zamanı universitetin fəaliyyətində bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.
Universitetdə ödənişli əsaslarla təhsil almış və müxtəlif kurslardan akademik məzuniyyətə getmiş tələbələrin qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borc kimi, müxtəlif səbəblərdən xaric edilmiş təhsil alanlar üzrə təhsil haqqı məbləğləri, tələbələr sırasından xaric edilmiş əcnəbi tələbələrin təhsil haqqı məbləğləri debitor borcunda əks etdirilməyib.
“Maarifçi Tələbə Kredit” Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib. Dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb, akademik borcu olan universiteti bitirmiş və diplom almış tələbələrin kredit haqqı üzrə mövcud olan borcu da universitetin debitor borcu kimi uçotda öz əksini tapmayıb.
“Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar"ın tələblərinə bəzi hallarda əməl olunmayaraq artıq ştatlar saxlanılıb.
Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində "Gənc istedadlar Liseyi"nin müəllimlərinə artıq, eyni zamanda universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq yüksəkliyə görə əlavə əmək haqqı, müvafiq normativ-hüquq aktların tələbləri düzgün tətbiq olunmayaraq universitetdə təhsil alan və Azərbaycanın vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.
2016-cı ildə "Təhsil" xərcləri bölməsindən "Gənc İstedadlar Liseyi"nə, "Təhsil sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsindən "Elm" xərclərinə, "Tələbələrə verilən təqaüdlər" xərc paraqrafına ayrılmış vəsaitin müvafiq illər üzrə istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması, Vergi Məcəlləsinə uyğun olaraq qeyri-rezidentdən gəlir vergisinin tutulması təmin edilməyib.
Hesabat dövründə əldə olunan gəlir ”Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da düzgün göstərilməyib, “Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrant məbləğlərinə görə bank hesablarında olan qalıqlar ”Maliyyə vəziyyəti haqqında hesabat”a daxil edilməyib.
Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanların qısa müddət ərzində aradan qaldırılması, eləcə də hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə kollegiya qərarının surəti BDU-ya göndərilib.
Təhsil-press.az