Azərbaycan Universitetində təhsil ödənişlərinə yenidən baxılacaq

Azərbaycan Universitetində təhsil ödənişlərinə yenidən baxılacaq “Azərbaycan Universitetində təhsilin hər üç pilləsində - bakalavriat, magistratura və doktorantura pillələrində təhsil ödənişlərinin miqdarına yenidən baxılacaq”. Bunu universitetin rektoru Səadət Əliyeva professor heyəti ilə bu gün keçirdiyi görüşdə deyib.
Rektor qeyd edib ki, hazırda 4 ixtisas üzrə (Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Marketinq və Menecment) təhsil haqqı 3000 manatdan 2500 manata endirilib. Digər ixtisaslar üzrə təhsil haqqı eyni olaraq qalır. Qəbul prosesi dövründə təhsil ödənişləri yenidən nəzərdən keçiriləcək.
Görüşdə bildirilib ki, bəzi özəl universitetlər təhsil ödənişlərini müəyyən miqdarlarda aşağı salandan sonra, onların təhsil haqqı Azərbaycan Universitetinin təhsil ödənişləri ilə bərabərləşib.
Qeyd olunub ki, Azərbaycan Universitetinə yüksək balla qəbul olan tələbələrə təhsil ödənişlərində 20 faizdən 100 faizə qədər güzəşt tətbiq olunur, həmçinin yüksək göstəricilərlə oxuyan tələbələrin ikinci tədris ilindən başlayaraq aylıq 200 manata qədər təqaüd alma imkanları var. Universitet öz məzunlarının işlə təmin olunmasında maraqlıdır və bu istiqamətdə xüsusi strategiya üzərində iş gedir.
Görüşdə Universitetdə aparılan elmi – tədqiqat işlərinin təşkili və səmərəliliyin yüksəldilməsi, elmi fəaliyyətin inkişaf istiqamətləri və kadr hazırlığı məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb, tələbələrin elmi – tədqiqat fəaliyyətinin müasir tələbələrə uyğun təşkilinin və “Tədqiqat metodları” fənninin daha aşağı kurslardan tədrisinə başlanmasının vacibliyi vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində təhsil ödənişlərinə yenidən baxılacaq

Azərbaycan Universitetində təhsil ödənişlərinə yenidən baxılacaq

Oxşar xəbərlər