Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi

Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi Gənclərin peşə hazırlığının artırılması məqsədilə Azərbaycan Universitetinin tələbə və məzunları üçün Şamaxıda yay məktəbi təşkil edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən yay məktəbində iştirakçılara gələcək karyeralarında faydalı ola biləcək mövzular tədris olunub.
“Gənclərin peşə hazırlığı” təcrübə proqramına uyğun olaraq keçirilən təlimin mövzuları aşağıdakıları əhatə edib:
Azərbaycanın vergi tarixi və vergi siyasəti
Vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri
Azərbaycan Respublikasının büdcə sistemi
Vergi orqanlarında xidmət keçmə
Vergi ödəyicilərinin qeydiyyatı və uçotu
Vergi ödəyicilərinə göstərilən xidmətlər
Mühasibat uçotunun əsasları
Komanda qurmaq bacarığı, işgüzar ünsiyyət
Vaxtın idarə edilməsi


Azərbaycan Universitetinin tələbə və məzunlarının iştirak etdiyi yay məktəbi zamanı təlimlərlə yanaşı iştirakçıların asudə vaxtlarının maraqlı keçirmələri üçün də şərait yaradılıb. Belə ki, iştirakçılar üçün Vergi muzeyinə, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, Mirzə Ələkbər Sabirin ev muzeyinə, Tarix diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil edilib.
Təcrübə proqramının sonunda Tədris Mərkəzi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.
Yay məktəbi Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Universiteti ilə arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində keçirilib. “Gənclərin peşə hazırlığı” təcrübə proqramına digər ali təhsil müəssisələrinin tələbə və məzunlarının da cəlb edilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi

Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi

Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi

Oxşar xəbərlər