UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək

UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
Görüşdə M.Babanlı müasir dünyada təhsilin mühüm rolundan danışıb, tələbələrə bu sahədə yeni nailiyyətlər arzulayıb, onlara tövsiyələrini verib.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov tələbələrlə birlikdə Strasburqa yola düşəcək nümayəndə heyətini təqdim edib.
UFAZ-ın baş katibi Şarlotta Payen yay məktəbi barədə məlumat verib, tələbələrin iki həftə müddətində yay məktəbində səmərəli tədris-təcrübə keçəcəklərini bildirib.
Sonra tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək

UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinin yay məktəbində tədris-təcrübə keçəcək

Oxşar xəbərlər